BDU ilə Qərbi Azərbaycan İcması birgə məqalə müsabiqəsi keçirir

post-img

Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Hər qarışı Vətəndir” adlı məqalə müsabiqəsi elan edilir.

BDU-dan AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi Azərbaycan tarixində və ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrin, xüsusilə də Qərbi Azərbaycan həqiqətlərinin gənclər arasında təbliğini gücləndirmək, onların milli yaddaşın formalaşdırılmasına töhfə vermələrini təşviq etməkdir.

Qaliblər xüsusi komissiya tərəfindən hüquqi əsaslar, texniki tələblər və dilçilik normaları nəzərə alınmaqla müəyyən olunacaq. Qalib yazılar vahid material şəklində çap olunacaq.

Müsabiqənin tələbləri BDU-nun rəsmi saytında yerləşdirilib.

Yazı işləri [email protected] ünvanına göndərilməlidir.

Müraciətlər iyunun 1-dək qəbul edilir.

 

Elm