Aşqabad Beynəlxalq Məktəbində keçirilən “Beynəlxalq mətbəx festivalı”nda Azərbaycan zəngin mədəni irsi və turizm potensialı ilə təmsil olunub.
Ölkəmizə aid guşədə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, xalçaçılıq ənənələri, milli geyimləri, memarlıq üslubu və turizm imkanlarını əks etdirən təqdimatlar nümayiş etdirilib.
Guşədə “azerbaijan.travel” turizm portalı və “Made in Azerbaijan” brendinə dair bannerlər quraşdırılıb, milli məhsullar və sənətkarlıq nümunələri nümayiş olunub. Azərbaycanın milli mətbəxinə məxsus yeməklər və şirniyyatlar da festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.
XQ