Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Məlumatı DİN-in mətbuat xidməti verib.
Mayın 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 3 tapança, 14 tüfəng, 2 patron darağı və 47 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Bundan əlavə, İsmayıllı rayonunun Diyallı kəndi ərazisindən keçən çay kənarında “Kalaşnikov” avtomatı aşkarlanıb. Polis şöbəsinin əməkdaşları oradan “Kalaşnikov” markalı avtomat, daraq və patronlar aşkarlayaraq götürüblər. Silah-sursat ekspertizaya göndərilib.
Polis əməkdaşlarının növbəti profilaktik tədbirləri nəticəsində isə 2 nəfər könüllü olaraq 1 avtomat silahı, 2 tapança, 1 daraq və 45 ədəd patronu təhvil verib.
Bakının ayrı-ayrı rayonlarında ümumilikdə 4 avtomat silahı və 1 ədəd patron darağı polis əməkdaşları tərəfindən tapılaraq götürülüb.
P.ƏMİRCANOV
XQ