Gürcüstannı baş naziri Trampa açıq məktub göndərib

post-img

Gürcüstanın baş naziri İrakli Kobaxidze Facebook-da ABŞ prezidenti Donald Tramp və vitse-prezident C.D.Vensə açıq məktub yazıb. Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Mesajda baş nazirin Vaşinqtonun iki ölkə arasında münasibətlərin yenidən qurulması perspektivləri ilə bağlı səssizliyindən çaşdığını ifadə etdiyi bildirilir: “Bir neçə həftə əvvəl mən sizə Gürcüstan-ABŞ münasibətləri haqqında yazmışdım. Sözügedən məktubdan əvvəl açıq şəkildə Gürcüstan-ABŞ strateji tərəfdaşlığını yeniləşdirməyə hazır olduğumuzu açıq şəkildə ifadə etdiyim ictimai bəyanatlarım var idi. Bununla belə, məktubumuza və ictimai bəyanatlarımıza hələ də cavab almamışıq. Üstəlik, Gürcüstan hakimiyyəti ilə ABŞ arasında yüksək səviyyəli məktub hələ də açıq yer tutmayıb".

Onun sözlərinə görə, “bu susqunluq gürcü xalqı və Gürcüstan hakimiyyəti üçün bir neçə səbəbə görə təəccüblüdür”.

Kobaxidze deyib ki, Gürcüstan qaynar nöqtələrdə - İraq və Əfqanıstana böyük kontingent göndərərək ABŞ-ı dəstəkləyib. Bununla da, Gürcüstan ABŞ üçün 2,5 milyard dollara qənaət edib ki, bu da “ABŞ büdcəsindən Gürcüstana göstərilən faktiki yardımdan dəfələrlə çoxdur”.

Kobaxidze çaşqınlıq yaradan səbəblər arasında iki ölkənin qondarma dərin dövlət, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Demokratiya üçün Milli Dəstək (NED) kimi təşkilatların fəaliyyəti ilə bağlı ortaq ritorikasını, Ukraynadakı münaqişəyə eyni qiymət verilməsini və LGBT təbliğatını qeyd edib.

P.ƏMİRCANOV
XQ

Dünya