NDU rektoru Elbrus İsayev Macarıstanın dünya şöhrətli yazıçısı və dövlət xadimi Şandor Lejak ilə görüşüb

post-img

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Macarıstanın dünya şöhrətli yazıçısı və dövlət xadimi Şandor Lejak ilə görüşüb. Görüşdə Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Torma, Con fon Neyman Universitetinin rəhbərliyi və kollektivi, NDU-nun rəhbər heyəti iştirak ediblər.

Rektor Elbrus İsayev görüşdən məmnunluq ifadə edib, Şandor Lejakın daha öncə ölkəmizə səfərinin yaddaqalan olduğunu, hörmətlə xatırlandığını bildirib. Bu gün isə ölkəmizin ayrılmaz tərkib hissəsi olan, qədim Naxçıvanda Naxçıvan Dövlət Universitetinə qonaq gəlməsini olduqca əhəmiyyətli və əlamətdar görüş adlandırıb. 

Vurğulanıb ki, Azərbaycan və Macarıstan dost ölkələrdir və bütün istiqamətlədə qarşılıqlı əlaqələr davamlı inkişaf edir. Həmçinin təhsil istiqamətində də əməkdaşlıqlar var və bu çərçivədə NDU da pay sahibidir. Rektor universitetin dörd istiqamətdə 250-ə yaxın proqram üzrə yüksək ixtisaslı mütəxəssislər hazırladığını, 10 fakültə, 3 kollec, 3 elmi tədqiqat institutu, rəsədxanası, Beynəlxalq Kembric Məktəbi və NDU nəzdində İngilis dili Təmayüllü Gimnaziyası ilə müasir tipli və çoxprofilli təhsil sisteminə malik ali təhsil müəssisəsi oduğunu qeyd edib. Elbrus İsayev Con fon Neyman Universitetinin himayəçilər şurasının sədri Şandor Lejakın təşəbbüsü və dəstəyi ilə ötən il Macarıstanın Con fon Neyman Universiteti ilə NDU arasında tədrisi ingilis dilində olan kompüter mühəndisliyi ixtisası üzrə bakalavr pilləsində ikili diplom müqaviləsinin imzalanma mərasimini xatırladıb. Həmin görüşlərin səmərəliliyindən bəhs edib, bu ildən qeyd olunan ixtisas üzrə tələbə qəbulu aparılacağını vurğulayıb. İki universitet arasında işbirliyinə diqqət çəkən rektor irəlidə müəllimlərin ezam olunacağını və əlaqələrin inkişaf etdikcə yeni əməkdaşlıq sahələrinin yaranacağını, birgə fəaliyyətin daha genişlənəcəyini qeyd edib.

Macarıstan Milli Assambleyasının sədr müavini, Con Fon Neyman Universitetinin himayəçilər şurasının sədri, dünya şöhrətli yazıçı Şandor Lejak görüşü müəmnunluqla qarşılayıb və nümayəndə heyəti haqqında məlumat verib. Bildirib ki, Macarıstanın Con Fon Neyman Universiteti ilə NDU arasında əməkdaşlıq əlaqələrinin qurulması hər iki tərəf üçün faydalıdır. O, Macarıstandan olan tələbələrin NDU-ya gələrək burada qısamüddətli tədris proqramlarında iştirak etməsinin və Azərbaycan mədəniyyətini yaxından tanımasının vacibliyini vurğulayıb. Eyni zamanda NDU-nun müəllim və tələbələrinin Macarıstanda təhsil alma imkanlarının yaradılmasını təklif edib. Şandor Lejak çıxışında idman sahəsindən də söz açıb, Macarıstanın milli oyunu olan teqballun Naxçıvanda təbliği istiqamətində həyata keçiriləcək fəaliyyətlərdən bəhs edib. Şandor Lejak həmçinin müəllim-tələbə mübadiləsinin genişləndirilməsi və ikili diplom proqramlarının tətbiqi ilə bağlı təkliflərini də bölüşüb. Bildirib ki, bu proqramlar tələbələrə həm Macarıstanın, həm də Naxçıvan Dövlət Universitetinin diplomunu əldə etməyə imkan verəcək.

Sonra görüşdən xatirə olaraq qarşılıqlı hədiyyələr təqdim edilib. Rektor Elbrus İsayev Şandor Lejaka onun universitet rəssamlarının ərik ağacı üzərində yağlı boya ilə çəkdiyi portretinin əks olunduğu şəklini və nümayəndə heyətinə hədiyyələr təqdim edib. Sonda görüşdən xatirə fotosu çəkilib.

 







Son xəbərlər