Sularda xilasetmə çoxnövçülüyü

post-img

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin struktur bölmələri arasında “Heydər Əliyev İli”nə həsr olunmuş sularda xilasetmə çoxnövçülüyü üzrə yarış keçirilib.

Xidmətin “Buzovna” sularda xilaset­mə məntəqəsində keçirilən yarışda Bakı və Abşeron yarımadasında yerləşən xila­setmə məntəqələrinin əməkdaşlarından ibarət 18 komanda mübarizə aparıb. Ya­rış açıq dənizdə və qapalı hovuzda təşkil edilib.

Gərgin idman mübarizəsi şəraitin­də keçən yarışda komanda hesabında “Pirşağı” məntəqəsinin komandası 1-ci, “Buzovna” məntəqəsinin komandası 2-ci, “Zuğulba” dalğıc-axtarış qrupunun komandası isə 3-cü yeri tutub. Şəxsi bi­rincilikdə isə Qabil Həsənov 1-ci, Haşım Babayev və Rahib Ələkbərzadə müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq gö­rülüblər.

Yarışların mükafatlandırma mərasi­mində çıxış edən Xidmətin rəis müavini daxili xidmət polkovniki Seymur Qaraşov qalibləri təbrik edib, onlara gələcək yarış­larda uğurlar arzulayıb.

Qaliblərə kubok, medal və diplomlar təqdim olunub.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər