“Claude” çatbotu “ChatGPT”ni geridə qoydu?

post-img

“OpenAI” şirkəti tərəfindən irəli sürülən “ChatGPT”nin uğurlarından sonra söhbət çatbotlarının sayı artmağa başlayıb. “ChatGPT”nin rəqiblərindən biri olan “Claude” mühüm iddia ilə diqqəti cəlb edir. Belə ki, əhəmiyyətli yaddaş yeniləməsi alan süni intellekt 75 minə qədər sözü emal edə bilir. Xəbəri “cnet.com” saytı verib.

Şirkət “Claude”nin yeni yaddaş sistemini sınaqdan keçi­rib. “Great Gatsby” kitabında bir cümlə dəyişdirilib və çat­bot romanı iki dəfə oxuyub. Süni intellektin fərqi dərk etməsi cəmi 22 saniyə çəkib. Beləliklə, söhbət çatbotu “Claude” 75 minə qədər sözü yadda saxlamaqla indiyə qədər ən çox söz emal edən söhbət çatbotu ünvanını alıb. “ChatGPT” isə ha­zırda bir söhbətdə təxminən 3 min söz emal edir. 

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Son xəbərlər