Süni intellekt daha nə vəd edir?

post-img

Bu il mayın 18-21-də Çində keçiriləcək 7-ci Ümumdünya Süni İntellekt Konqresinin əsas mövzusu “Süni intellekt: hərtərəfli inkişaf sahəsi, dayanıqlı inkişafın hərəkətverici qüvvəsi” olacaq. 

Tədbir ağıllı texnologiyalarla iqti­sadi və sosial inkişafın gücləndirilmə­sinə yönəldilsə də, smart texnologiya sahəsində dəyişiklik, əməkdaşlıq, nə­ticələr və süni intellekt texnologiyala­rını paylaşmaq üçün qlobal platforma olacaq. 

Tədbir zamanı “ağıllı avtomo­billər”, məhsuldar süni intellekt, be­yin-kompüter qarşılıqlı əlaqəsi kimi perspektivli mövzular, o cümlədən iqtisadiyyat, cəmiyyət və mədəniyyət sahələrində süni intellektlə bağlı qay­nar gündəmlər müzakirə olunacaq.

Sərgidə ABŞ, Almaniya, Yaponiya və Cənubi Koreya da daxil olmaqla, 21 ölkədən və regiondan ekspertlər, akademiklər, sahibkarlar iştirak edə­cəklər.

Səadət RZAYEVA, “Xalq qəzeti”

Sosial həyat