Avropa Multi Oyunlarından 6 medal

post-img

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda gənc və yeniyetmə taekvondoçular arasında Multi Avropa Oyunları başa çatıb. Yarışın son günündə dayanq üzərinə çıxan yeniyetmə atletlər 2 qızıl və 1 gümüş medal qazanıblar.

İdmançılarımızdan İlyas Hətəm­li (160 sm) və Şəms Əlizadə (160 sm) əzmlə mübarizə apararaq fəxri kürsü­nün ən yüksək pilləsində yer alıblar. Yalnız finalda məğlub olan Novruz Əli­yev isə gümüş medala sahib olub. 

Ümumi hesabda yığmamız oğlanlar arasında ikinci, qızların mübarizəsində üçüncü yeri tutub.

Beləliklə, milli komandamız Multi Avropa Oyunlarını 6 medalla başa vu­rub. Qeyd edək ki, bundan əvvəl gənc­lər arasında Məhəmməd Həsənli (48 kq) gümüş, Hüseyn Xudiyev (78 kq) və Ruslan Həsənzadə (+78 kq) bürünc medal alıblar.

İdman