Milli Paralimpiya Komitəsinin atletika üzrə milli komandasının üzvü, paralimpiya çempionu Lamiyə Vəliyeva İtaliyanın Cesolo şəhərində keçirilən Qran-Pri yarışında uğurla çıxış edib.
Təmsilçimiz 100 metrə qaçışda 12.45 saniyə nəticə göstərərək birinci yeri tutub. L.Vəliyeva bu nəticə ilə cari ilin iyul ayında Fransanın paytaxtı Paris şəhərində keçiriləcək atletika üzrə dünya çempionatına lisenziya əldə edib.


