Bakının “Sabah” və Türkiyənin “Beşiktaş” futbol klubları arasında xeyriyyə oyunu keçirilib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçda 3:3 hesabı qeydə alındı.
Qeyd edək ki, matçdan əldə olunan 1 milyon 90 min 455 manat Türkiyədə zəlzələdən zərər görmüş insanlara yardım üçün göndəriləcək.

