Qətərin paytaxtı Dohada Azərbaycan cüdoçularının da iştirak etdiyi dünya çempionatı başa çatıb. Mundialda 13 (9 kişi, 4 qadın) cüdoçu ilə iştirak edən millimiz yarışı 1 medalla başa vurub.
Komandamızın aktivinə bürünc medalı çempionatda 100 kiloqramdan yuxarı çəki dərəcəsində yarışan Zelim Kotsoyev qazandırıb.
Dünya çempionatında 99 ölkədən 600-dən çox idmançı mübarizə aparıb.
L.QURBANOVA, “Xalq qəzeti”

