“Twitter” sosial media platforması şifrəli mesajlaşma xidmətini işə salır.
Burada göndərilən birbaşa mesajlar başdan-başa şifrələnəcək. Şəxsi mesajlar yalnız göndərən və alıcı tərəfindən oxuna bilər.
Bunu, “Twitter”in baş icraçı direktoru İlon Mask deyib. Lakin o bildirib ki, bu, ilkin versiyadır və hələ sınaq mərhələsindədir.
Qeyd edək ki, bu funksiya hər kəs üçün əlçatan olmayacaq. Bu yenilikdən yalnız “Twitter Blue” (mavi işarə) üçün ödəniş edən və rəsmi profili olan şəxslər istifadə edə biləcəklər.
F.SALMANOVA, “Xalq qəzeti”

