Azərbaycanda gənclərlə bağlı yeni mərkəz fəaliyyətə başlayacaq

post-img

15-dən çox inkişaf və maraq klublarını özündə birləşdirəcək “Gənclərin İnkişafına Dəstək” Mərkəzi fəaliyyətə başlayır. Mərkəz “Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin nəzdində fəaliyyət göstərəcək.

İctimai birlikdən verilən məlumata görə, mərkəzin əsas fəaliyyəti gənclərin inkişafına dəstək olmaq, onların asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif əyləncələri, idman yarışlarını, intellektual oyunları həyata keçirmək olacaq.


Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

Son xəbərlər