Türk dövlətləri parlamentləri komitə sədrlərinin iclası

post-img

Aprelin 25-də Milli Məclisdə Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin birinci iclası keçirilib. 

Milli Məclisin Beynəlxalq münasi­bətlər və parlamentlərarası əlaqələr ko­mitəsinin sədri Səməd Seyidov bu top­lantının Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirildiyini vurğu­layıb. Qeyd edib ki, bu ideya dövlətimizin başçısı tərəfindən Türkiyə Böyük Millət Məclisi Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın ötən il Azərbaycana səfəri zamanı baş tutan görüşdə səsləndirilib. O, bu tədbirin bir ənənəyə çevriləcəyini və türk dövlətləri arasında münasibətlərin güclənməsinə töhfə verəcəyini deyib. 

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay gö­rüşün yüksək səviyyədə təşkil edilməsinə görə təşəkkürünü bildirib. O, türk dövlət­ləri arasında əlaqələrin gücləndirilməsinin vacibliyindən söhbət açıb. Bu gün dün­yada inkişafın, sülhün və təhlükəsizliyin təmin edilməsində türk dövlətləri birliyinin əsas gücə çevrildiyini söyləyib. TDT-nin Türk dünyasında qarşılıqlı etimad mühi­tinin möhkəmləndirilməsi, siyasi həmrəy­liyin gücləndirilməsi, iqtisadi əməkdaşlı­ğın genişləndirilməsi və digər sahələrdə önəmli rolundan danışıb.

Özbəkistan Ali Məclisi Qanunvericilik Palatasının Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Dilorom Favziyeva, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Hüquq, siyasi işlər və xarici əlaqələr komitəsinin sədri Yasemin Öztürk, Qazaxıstanın Parlament Məclisinin Beynəlxalq məsələlər, müdafiə və təhlükəsizlik komitəsinin sədr müa­vini Aydos Sarım, Qırğız Respublikası Joqorku Keneşinin Beynəlxalq məsələlər, müdafiə, təhlükəsizlik və miqrasiya ko­mitəsinin sədr müavini Leyla Lurova çıxış ediblər.

Sonra iclasda Türk Dövlətləri Parla­ment Assambleyasının Baş katibi Meh­met Süreyya Er TÜRKPA çərçivəsində parlament diplomatiyası sahəsində müs­bət təcrübələrin qazanıldığını deyib və bu tədbirin Türk dünyasında parlament əməkdaşlığının daha da gücləndirilməsi istiqamətində yeni bir mərhələnin baş­lanğıcı olacağına, beynəlxalq aləmdə TÜRKPA-nın daha çox tanınmasına töhfə verəcəyinə əminliyini söyləyib.

Son xəbərlər