Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

post-img

Bu ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər davam etdirilir.

Təlimlərə cəlb edilən hərbi hissələrin bölmələri həyəcan siqnalı ilə daimi dislo­kasiya məntəqələrini tərk edərək cəmləş­mə rayonlarında tərtibləniblər.

Müdafiə Nazirliyinin rəhbər heyəti ümumqoşun təlim mərkəzlərində keçi­rilən komanda-qərargah təlimlərinin gedi­şatını izləyib.

Səhra şəraitində açılan komanda idarəetmə məntəqəsinə gələn gene­ral-polkovnik Z.Həsənov əməliyyatların aparılması zamanı komandir və qərargah zabitlərinin xəritə üzərində qəbul edilən qərarlara dair məruzələrini dinləyib.

Bildirilib ki, keçirilən təlimdə əsas diqqət komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının, qərargahların qarşılıqlı fəaliyyətinin, eləcə də onların mürəkkəb şəraitlərdə döyüş tapşırıqlarını idarəetmə qabiliyyətlərinin daha da tək­milləşdirilməsinə yönəldilib.

General-polkovnik Z.Həsənov təlimin gedişatını müsbət qiymətləndirib və dö­yüş hazırlığı tədbirlərinin müasir döyüş aparma üsulları nəzərə alınmaqla, daha keyfiyyətli keçirilməsi ilə bağlı aidiyyəti üzrə vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.

XQ

Son xəbərlər