Malıbəylidə 8 insan qalığı aşkarlanıb

post-img

İşğaldan azad edilmiş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində (1988-ci ildə yeni salınmış “Məhəllə” adlanan ərazi) aprel ayının 24-də aparılan bərpa-quruculuq və abadlıq işləri zamanı insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırmalar davam etdirilir.

Bu barədə Azərbaycan Respublika­sının Baş Prokurorluğu və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlar­la əlaqədar Dövlət Komissiyası birgə məlumat yayıb.

Məlumatda bildirilib ki, qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində daha 2 nəfərə aid sümük fraqmentləri tapılıb və bununla da, aşkar olunan insan qalıqlarının, ən azı, 8 nəfər şəxsə (biri azyaşlı olmaqla) məxsus olması müəyyən edilib.

Faktla bağlı toplanmış material üzrə zərərçəkmiş şəxslərin şəxsiyyətinin, həmçinin əhəmiyyət kəsb edən digər halların müəyyənləşdirilməsi məqsə­dilə müvafiq ekspertizalar təyin edil­məklə zəruri prosessual hərəkətlər icra olunur.

XQ

Son xəbərlər