Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv oldu

post-img

Dövlət Turizm Agentliyi Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib.

Bu barədə qərar İsveç Krallığının Stokholm şəhərində ke­çirilən “Dayanıqlı Turizm” konfransında qəbul edilib. Həmçinin konfrans çərçivəsində, Azərbaycan Turizm Bürosu və Qlobal Dayanıqlılıq Turizm Şurası arasında Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumuna əsasən, dayanıqlı turizmin inki­şafına dəstək göstərilməsi, qlobal dayanıqlı turizm standartları­nın milli səviyyəyə uyğunlaşdırılması, eləcə də ölkəmizdə Şura­nın meyarlarının tətbiqi nəzərdə tutulur.

Bildiririk ki, Qlobal Dayanıqlılıq Turizm Şurası 2007-ci ildə "Rainforest Alliance" təşkilatı, BMT-nin Ətraf Mühit Proqramı, Əhali Fondu və BMT Turizm təşkilatı ilə birgə təşəbbüsü olan “Qlobal Dayanıqlı Turizm Kriteriyaları”nın formalaşdırılması məqsədilə yaradılıb.

XQ

Son xəbərlər