“Qılınc və qələm” özbək dilində

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti ilə birgə görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatını keçirib. 

Tədbiri universitetin Özbək dili və ədəbiyyatı fakültəsinin dekanı, dosent Firuza Barxanova açaraq “Qılınc və qələm” ro­manının özbək dilində tərcüməsi və nəşrinin ədəbiyyatşünas­lıq üçün böyük bir hadisə olduğunu qeyd edib. 

AMM-nin əməkdaşı Kərimulla Məmmədzadə iki ölkə arasın­da ədəbi-mədəni əlaqələrdən söz açaraq Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan yazıçılarının müxtəlif mövzularda əsər­lərinin tərcümə və çapının həyata keçirildiyini qeyd edib.

Universitetin professoru Qurdoş Qahramanov zəngin ta­rixi keçmişə malik olan Azərbaycan ədəbiyyatının özbək ədə­biyyatşünaslığında öyrənilməsi sahəsində aparılan işlərdən danışıb, gənc ədəbiyyatşünasların bu sahəyə xüsusi diqqət yetirmələrinin vacibliyini qeyd edib. “Qılınc və qələm” romanı­nın Özbəkistanın kitabxanalarına, ali təhsil ocaqlarına əvəzsiz olaraq verilməsi nəzərdə tutulub.

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

Daşkənd

Son xəbərlər