İlqar Bayramlı Qəbələdə vətəndaşları qəbul edib

post-img

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı növbəti vətəndaş qəbulunu Qəbələ şəhərində keçirib.

Bu barədə XQ-yə agentlikdən məlumat verilib.

Bildirilib ki, qəbulda 12 vətəndaşın müraciəti dinlənilib, qaldırılan məsələlər üzrə aidiyyəti struktur bölmələrə konkret tapşırıqlar verilib.

Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi ilk dəfədir ki, regionda vətəndaş qəbulu keçirir. Növbəti region qəbulu barədə əlavə məlumat ictimaiyyətə təqdim olunacaqdır.

Direktorun növbəti qəbulu 25 fevralda Bakı şəhərində planlaşdırılıb.

Vətəndaş qəbulunda iştirak üçün Agentliyin Çağrı Mərkəzinə (146-7) müraciət edə bilərsiniz.









Sosial həyat