Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə qapalı məkanda atletika üzrə 2011-2012-ci il təvəllüdlü idmançılar arasında ölkə birinciliyi keçiriləcək.
Bu barədə XQ-yə Azərbaycan Atletika Federasiyasından məlumat verilib.
Bildirilib ki, yarış fevralın 13-14-də Bakı Atletika Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, çempionatın rəsmi açılış mərasimi fevralın 13-də keçiriləcək.

