Qərb Rusiyanın 269 milyard avroluq aktivlərini dondurub

post-img

Bu yaxınlarda ABŞ Konqresinin Nümayəndələr Palatası Ukrayna, İsrail və Tayvana hərbi yardımın göstərilməsini, habelə Rusiya Federasiyasının dondurulmuş aktivlərinin Kiyevin xeyrinə müsadirə edilməsini özündə ehtiva edən qanun layihəsini qəbul edib. Bu halda dondurulmuş aktivlər Rusiyanın ABŞ banklarında saxlanılan qızıl-valyuta ehtiyatlarıdır. Yəni, bu, qızıl, səhmlər və ABŞ dollarıdır. 

Qanun layihəsi Rusiyanın dövlət aktivlərinə aiddir. Şəx­si hesabları nəzərdə tutmur. Mütəxəssislər qeyd edirlər ki, 1979-cu ildən, ABŞ İra­nın aktivlərinin dondurulma­sı haqqında fərman verdiyi vaxtdan (hətta İranın terro­rizmin sponsoru elan olundu­ğunu nəzərə alsaq), heç bir tənzimləmə aktı suveren ak­tivlərin zəbt edilməsinə (yal­nız dondurulmasına) icazə verməyib. Görünür, zaman dəyişib, buna uyğun da ma­raqlar dəyişib.

Amerika banklarına Ko­lumbiya dairəsinin federal məhkəmələrində sənədin müddəalarına etiraz etmək üçün 60 gün vaxt verilib. Eyni zamanda, sənəddə bildirilib ki, Rusiya Maliyyə Nazirli­yinin, Mərkəzi Bankının və Milli Rifah Fondunun (NWF) məhkəməyə müraciət etmək hüququ yoxdur. 

Qanun qüvvəyə mindik­dən sonra, ABŞ icra hakimiy­yətinə Aİ və Böyük Britaniya­nın tətbiq etdiyi anti-Rusiya sanksiyaları ilə bağlı hesabat hazırlamaq üçün üç ay vaxt veriləcək. 

Qeyd edək ki, Avropa Şu­rasının Parlament Assamble­yası da yekdilliklə Rusiyanın təqribən 300 milyard dollarlıq dondurulmuş aktivlərinin Uk­raynanın bərpasına yönəldil­məsi barədə qətnamə qəbul edib. Sənəd həmçinin Ukray­nadakı müharibəni dəstək­ləyən rusiyalı iş adamlarının avrozona ölkələrindəki bank hesablarına da şamil edilir.

Qətnamədə prosesin sürətləndirilməsi üçün Aİ-nin başçılığı ilə beynəlxalq təzmi­nat mexanizminin, habelə Ru­siyaya məxsus aktivlərin top­lanması üçün xüsusi fondun yaradılması, eləcə də sank­siyaları pozan ölkələrə qarşı müxtəlif tədbirlərin görülməsi də nəzərdə tutulur.

Böyük Britaniya və Aİ sanksiyalarına məruz qalan hər hansı şəxs ABŞ-ın SDN (Proqram təminatı ilə müəy­yən edilmiş şəbəkə) sanksi­ya siyahısında deyilsə, onlar oraya daxil ediləcəklər. Son­ra Rusiyanın aktivləri təkcə Avropada deyil, Amerikada da dondurulacaq və Amerika vətəndaşları və şirkətləri on­larla iş görə bilməyəcəklər.

Rusiya aktivlərinin nis­bətən kiçik bir hissəsi indi ABŞ hesablarında bloklanıb. Lakin hələ müsadirə olunmayıb və heç kimə verilməyib. Xaricdə dondurulmuş bütün qızıl və valyuta ehtiyatları isə 269 mil­yard avro dəyərindədir və bu Rusiya Federasiyasının ak­tivlərinin yarısıdır. ABŞ-da isə bu məbləğ 5-6 milyard dollar təşkil edır. 

Rusiya ehtiyatlarının əsas payı - təxminən 200 milyard avro Belçikada saxlanılır. Və bu pullar əsasən “Euroclear” (depozitar) tərəfindən idarə olunur və hətta qazanc gətirir. Məsələn, 2022-ci ildə “Euroc­lear” Rusiya Federasiyasının qızıl-valyuta ehtiyatlarının in­vestisiyasından 821 milyon avro əldə edib. 2023-cü ilin sonunda bu rəqəm 4,4 milyard avro olub. Nəticədə “Eurocle­ar” iki il ərzində təkcə Belçika­da 5,2 milyard avro qazanıb.

Rusiyanın qalan aktivləri isə müxtəlif G7 ölkələrinin he­sablarındadır. Onların arasın­da Almaniya, Fransa, İtaliya və Böyük Britaniyadan başqa, Kanada və Yaponiya da var.

Rusiya Xarici İşlər Na­zirliyinin sözçüsü Mariya Zaxarova Qərbin Rusiyanın dondurulmuş aktivlərinin mü­sadirəsini “oğurluq” və “mə­nimsəmə” adlandırıb. 

Hazırladı:
P.ƏFƏNDİYEV
XQ

Son xəbərlər