Azərbaycan–Türkiyə prokurorluq orqanlarının əməkdaşlığı genişlənir

post-img

İstanbulun Çağlayan Ədliyyə Sarayında Azərbaycanın Baş prokuroru Kamran Əliyev və Türkiyənin İstanbul şəhərinin Baş prokuroru Akın Gürlek arasında görüş olub. Görüş Akın Gürlekin dəvəti ilə Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin İstanbula səfəri çərçivəsində keçirilib.

Toplantıda Baş prokuror Kamran Əliyev qarşı tərəfə dəvətə və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, Türkiyə-Azərbaycan birliyinə və qardaşlığına diqqət çəkib.

Akın Gürlek qurumlararası tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib və daha əvvəl ölkəmizə etdiyi işgüzar səfərin xüsusi yaddaqalan olduğunu deyib.

Görüşdə iki ölkənin prokurorluq orqanları arasında cinayətkarlığın müxtəlif formalarına qarşı mübarizə, o cümlədən cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahələrində praktiki əməkdaşlıq məsələləri, həmçinin hüquqi və institusional əməkdaşlığın genişləndirilməsi perspektivləri, eləcə də qarşılıqlı təlim səfərlərinin təşkili və təcrübə mübadiləsi ətrafında fikir mübadiləsi aparılıb.

XQ

Son xəbərlər