“ChatGPT”-də məlumat sızması

post-img

Son zamanların məşhur platforması “ChatGPT” söhbət çatbotunda məlumat sızması baş verib. Belə ki, “ChatGPT” istifadəçilərinin şəxsi və kredit kartı məlu­matlarının digər istifadəçilərə açıqlanmasına səbəb olan səhv aşkar edilib. Xəbəri “cnn.com” saytı verib. 

Məlumat sızması istifadəçilərin söhbət tarixçələrində onlara aid olmayan söhbət mövzularını görməsi ilə aşkar edilib. Bəzi istifadəçilər başqa aktiv istifadəçinin adını və soyadını, e-poçt ünvanını, ödəniş ünvanını, kredit kartı nömrəsinin son dörd rəqəmini və kredit kartının son istifadə tarixini görə biliblər. Nəti­cədə, onlar söhbət tarixçələrinin şəkil­lərini “Reddit” və “Twitter” kimi sosial media saytlarında paylaşıblar.

“OpenAI”-nin icraçı direktoru Sam Altman yaranmış vəziyyətlə bağlı üzr istəyib və vacib səhvlərin düzəldildi­yini söyləyib. Açıqlamada “ChatGPT Plus” abunəçilərinin 1,2 faizinin vəziyyətdən təsirləndiyi bildirilib. Bununla belə, “Microsoft” şirkəti “ChatGPT” üçün 10 milyard dol­lar vəsait ayırıb və platformanın hazırda qlobal miqyasda, təxminən, 100 milyon istifadəçisi var.

 

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Son xəbərlər