Sumqayıtda cinayətlər: dələduzluq və oğurluq edilib

post-img

Sumqayıt şəhərində dələduzluq faktı qeydə alınıb. Əvvəlcədən tanış olduğu şəxs zərərçəkəni məktəblərin birinə ibtidai sinif müəllimi kimi işə düzəldəcəyi vədi ilə aldadaraq onun 7000 pulunu ələ keçirib.

Məlumatı DİN mətbuat xidməti verib.  

Polis əməkdaşları tərəfindən aparılan əməliyyatla 56 yaşlı G.Əlimusayeva bu əməli törətməkdə şübhəli bilinərək saxlanılıb.

Həyata keçirilən digər tədbirlər zamanı isə şəhər ərazisində yerləşən marketlərin birinin saxlanc yerindən 232 manat, digər iki elektronika mağazasında isə satıcının diqqətini yayındıraraq ümumilikdə 1050 manat dəyərində “ağıllı” qol saatı və qulaqcıq oğurlamaqda şübhəli bilinən M.Quliyeva və V.Rzayev də müəyyən olunaraq saxlanılıblar.

Faktlar üzrə zəruri araşdırmalar aparılır.

XQ

Hadisə