Kərkükdə leysan və daşqın: 300 ailə evini tərk edib

post-img

Dekabrın 9-da İraqın Kərkük şəhərinə yağan leysan yağışların yaratdığı daşqınlar 300 ailəni evlərindən didərgin salıb. Məlumatı “Anadolu” verib. 

Məlumata görə, Leylan Nahiyesi bölgəsinin rəhbəri Məhəmməd Veys jurnalistlərə bildirib ki, daşqından ən çox sözügedən rayon, eləcə də Yəhyava və Yarımca kəndləri zərər çəkib.

Veysın sözlərinə görə, fəlakət çoxsaylı məktəblərə və tibb mərkəzlərinə təsir göstərib və yüzlərlə ev yaşayış üçün yararsız hala düşüb.

O qeyd edib ki, evlərini tərk etmək məcburiyyətində qalan ailələrə təcili yardım göstərilir, lakin əksəriyyəti müvəqqəti olaraq başqa ərazilərdə yaşayan qohumlarının yanına köçmək məcburiyyətində qalıb.

Veys zərər çəkmiş ailələrə təcili yardım və dəstək göstərilməsini tələb edib və kəndlərin tez bir zamanda bərpa olunmasının vacibliyini vurğulayıb.

P.ƏMİRCANOV
XQ

Dünya