Tramp üçüncü müddətə prezident seçilməklə bağlı müzakirə aparıb

post-img

Amerikalı vəkil və Harvard Hüquq Məktəbinin professoru Alan Derşovits bildirib ki, ABŞ Prezidenti Donald Tramp üçüncü prezidentlik müddətinin mümkünlüyünü bir vəkillə müzakirə edib. 

Məlumatı “İzvestiya.ru” verib. 

“O, bunu intellektual sual kimi maraqlı hesab etdi. Xeyr, düşünmürəm ki, o, üçüncü müddətə namizədliyini irəli sürsün”, - Derşovits “The Wall Street Journal” (WSJ) qəzetinə verdiyi müsahibədə bildirib.

Məlumata görə, 17 dekabrda Oval Ofisdə Derşovits Trampa “Prezident Tramp konstitusiyaya uyğun olaraq üçüncü müddətə xidmət edə bilərmi?” adlı kitabın qaralama versiyasını təqdim edib. Nəşr bildirib ki, kitabda konstitusiya qadağalarına baxmayaraq, şəxsin üçüncü müddətə namizədliyini irəli sürə biləcəyi bir sıra hallar sadalanır. Qəzetə verdiyi müsahibədə Derşovits deyib ki, Trampa ABŞ Konstitusiyasının bu suala qəti cavab vermədiyini söyləyib.

P.ƏMİRCANOV
XQ

 

Dünya