Qeyri-neft ixracı 22 faiz artıb

post-img

Bu ilin yanvar-may aylarında ölkəmizdən 1 milyard 465,85 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,1 faiz çoxdur. 

Bu barədə İxracın və İnvestisiya­ların Təşviqi Agentliyindən məlumat verilib. Agentliyin məlumatına görə, may ayında qeyri-neft ixracının dəyə­ri 278,25 milyon ABŞ dolları olub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 25,8 faiz artıqdır. Yeri gəl­mişkən, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı əvvəlki illə müqayisə­də 12,3 faiz artaraq 3 milyard 47,67 milyon ABŞ dolları təşkil edib.

“Xalq qəzeti”

İqtisadiyyat