Ötən il sosial-iqtisadi inkişafa 2,4 milyard manat xərclənib

post-img

Ötən il Azərbaycanda “2022–2026-cı illərdə Sosial-İqtisadi İnkişaf Strategiyası”nın icrası üçün 2 milyard 418,7 milyon manat vəsait xərclənib.

Bu barədə “2022-ci il dövlət büdcəsi­nin icrasına dair illik hesabat”da bildirilib. Sənədə əsasən, həmin vəsaitin 1 milyard 532,5 milyon manatı və yaxud 63,4 faizi cari xərclər, 610 milyon manatı və yaxud 25,2 faizi dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərclərindən, 276,2 milyon manatı və yaxud 11,4 faizi isə “Avtomobil Yolları” Məqsədli Büdcə Fondundan ay­rılmış vəsait hesabına formalaşıb.

“Xalq qəzeti”

İqtisadiyyat