Süni intellektin aqrar məkanı

post-img

Gələn həftə Bakıda təşkil olunacaq “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri çərçivəsində 2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumu keçiriləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin texnoloji transfer ve innovasiya şöbəsinin müdiri Nərmin Kərimli sərgilərin açılışına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, forum çərçivəsində müasir kənd təsərrüfatı yanaşmalarında aqropark modeli, süni intellektin aqrar sahədə tətbiqi, aqrar sığorta sisteminin inkişaf perspektivləri, dayanıqlı qida sistemləri, kənd təsərrüfatı və qida elmləri sahəsində təcrübə mübadiləsi, innovativ kənd təsərrüfatı, aqrar sahədə qadınların rolu və digər vacib mövzular üzrə müzakirələr aparılacaq.

Forumun gedişində, həmçinin davamlı kənd təsərrüfatına investisiya, aqrar sektorda kiçik və orta biznes subyektlərinin gücləndirilməsi, kənd təsərrüfatı ticarəti, dəyər zəncirləri və qida bazarları kimi mövzular yer alacaq. Tədbir zamanı həmçinin ikitərəfli işgüzar görüşlər, eləcə də müxtəlif təlimlər təşkil ediləcək.

Toplantıda 200-dən çox beynəlxalq və yerli nümayəndənin, o cümlədən rəsmi şəxslərin və ekspertlərin iştirakı gözlənilir.

İqtisadiyyat