Naqilsiz qulaqlıq

post-img

Apple şirkəti Beats Studio Buds+ naqilsiz qulaqlığı nəhayət ki, təqdim edib. Şirkət yeni naqilsiz qulaqlıqda səslənmə keyfiyyətini yaxşılaşdırmaqla yanaşı, onun şəffaf gövdəyə sahib versiyasını da satışa çıxarıb. 

Apple bildirib ki, Beats Stu­dio Buds+ naqilsiz qulaqlığın daxili komponentlərinin 95 faizi yenilənib. Əsasən qulaq­lıqların mikrofonlarının ölçüləri böyüyüb. Bununla yanaşı on­ların gövdələri IPX4 standartı üzrə sudan qorunurlar. Həmçi­nin qulaqlıqların dinamiklərinin ölçüləri də 3 dəfə böyüyüb. 

Naqilsiz qulaqlıq sayəsin­də ətraf səs-küyün aktiv bo­ğulması funksiyası və şəffaf rejim daha yaxşı çalışır. Beats Studio Buds+ Android (Goog­le Fast Pair) və iOS cihazlara sürətli qoşulmanı, əlavə olaraq, Dolby Atmos dəstəkli həcmli səslənməni və sürətli şarj tex­nologiyasını dəstəkləyir.

İKT