Malayziya ABŞ-ın təzyiqi altında yarımkeçiricilər bazarına nəzarəti gücləndirir

post-img

Malayziya yüksək texnologiyalı çiplərin Çinə axınını dayandırmaq üçün ABŞ-ın təzyiqi altında yarımkeçiricilər bazarına nəzarəti gücləndirir.

Bu barədə "Reuters" agentliyi "Financial Times"a istinadən xəbər verir.

Məlumatda deyilir ki, ABŞ Malayziyadan Çinə gedə biləcək Nvidia çiplərinin hərəkətini izləməyi xahiş edib.

Ticarət naziri Zafrul Əzizin sözlərinə görə, ABŞ çiplərin başqa ölkələrə yönəldilməyəcəyinə dair təminat istəyir. Nvidia şirkəti vəziyyətlə bağlı hələlik şərh verməyib.

Eyni zamanda, Malayziya ABŞ-ın ixrac nəzarətinə tabe olan qabaqcıl çiplərlə serverlərin tədarükü zamanı yerli qanunların mümkün pozuntularını araşdırır.

Xatırladaq ki, Birləşmiş Ştatlar çiplərin və süni intellekt texnologiyalarının ixracına daha da sərt məhdudiyyətlər qoyur, özünün və müttəfiqləri üçün qabaqcıl hesablama texnologiyalarını qoruyub saxlamağa və Çinin onlara çıxışını çətinləşdirməyə çalışır.

S.ELAY

XQ

İKT