ChatGPT dediklərinizi "xatırlayacaq"

post-img

OpenAI ChatGPT-də yaddaş funksiyasını ciddi şəkildə təkmilləşdirib. İndi çatbot təkcə cari çatın məzmununu deyil, həm də əvvəlki söhbətləri xatırlayır. OpenAI-nin rəhbəri Sem Altman bu barədə özünün X səhifəsində məlumat paylaşıb.

ChatGPT hazırda dünən və ya bir həftə əvvəl dediklərinizi xatırlaya bilər. Məsələn, çatbota fıstığa qarşı alllergiyanız olduğunu söyləsəniz və bir ay sonra ondan nahar üçün desert resepti yaratmağı xahiş etsəniz, süni intellekt reseptdə fıstıq olmamalı olduğunu nəzərə alaraq resepti yaradacaq.

Təkmil yaddaşla ChatGPT daha fərdiləşdirilmiş cavablar təqdim edə bilər. OpenAI tərəfindən təqdim edilən nümunədə istifadəçi çatbotdan həftəsonu danışıq məzmununu xatırlatmağı xahiş edib.

Amma siz "Yaddaş" funksiyasını tamamilə söndürə bilərsiniz - onda çatbot sizi hər dəfə yeni istifadəçi kimi qəbul edəcək.

Yaddaşın təkmilləşdirilmiş versiyası Plus və Pro abunəçiləri üçün əlçatandır. Bu funksiya Aİ ölkələri, Böyük Britaniya, İsveçrə, Norveç, İslandiya və Lixtenşteyndə müvəqqəti olaraq işləməyəcək.

S.ELAY

XQ

İKT