Əlcəzair Fransanın 12 diplomatını ölkədən qovur

post-img

Fransa Xarici İşlər Nazirliyi Əlcəzairin Fransa konsulluğunun 12 əməkdaşına 48 saat ərzində ölkəni tərk etmək əmri verdiyini və bunun ikitərəfli münasibətlərdə yeni bir gərginliyə səbəb olduğunu bildirib.

Məlumatı “Anadolu” verib. 

Fransız mediasının məlumatına görə, xarici işlər naziri Jan-Noel Barro bu tələbi “ədalətsiz” adlandırıb və Əlcəzair tərəfini bu qərarı ləğv etməyə çağırıb. Onun sözlərinə görə, bu, üç Əlcəzair vətəndaşının Fransada ağır cinayətlər törətməkdə şübhəli bilinərək saxlanılmasına cavabdır.

“Biz Əlcəzairlə dialoq qurmağa çalışırıq və hazırda belə addımlar münasibətlərin möhkəmlənməsinə kömək etmir”, - Barro vurğulayıb. O qeyd edib ki, konsulluq əməkdaşlarının ölkədən çıxarılması heç bir halda saxlanılan şəxslərə qarşı aparılan məhkəmə prosesi ilə bağlı deyil.

Nazir həmçinin xəbərdarlıq edib ki, Əlcəzair qərarından dönməsə, Fransa dərhal güzgü tədbirləri ilə cavab verəcək.

 

P.ƏMİRCANOV

XQ

Dünya