“YouTube”nin reklam yenilikləri

post-img

“YouTube” smart televizorlar üçün yeni reklam formatını istifadəyə verib. 

Film, proqram və s. izlədiyimiz zaman nümayiş olunan reklam çarxlarını gizlətmək mümkünsüz olacaq. 

Reklamlara baxmaq istəməyən istifadəçilər üçün isə ödənişli “YouTube Premium” abunəliyindən istifadə etmək məsləhət görülür. 

Bundan əlavə, “YouTube” fasilə zamanı banner rek­lamları göstərməyi də planlaşdırır. Belə reklamlar isə “rədd et” düyməsini sıxmaqla silinəcək. 

Fidan HÜQUQQIZI, “Xalq qəzeti”

İKT