Ağsu dolaylarında təhlükəsizlik təmin edilib, yolda qalanlara kömək göstərilib

post-img

Ağsu dolaylarında yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə yol polisi və post-patrul xidmətinin əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, buzlaşma səbəbindən hərəkətdə çətinlik yaşayan sürücülərə polis əməkdaşları tərəfindən operativ şəkildə köməklik göstərilib, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin olunub.

Eyni zamanda, buzlaşmanın müşahidə edildiyi ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunub. Xüsusilə sərt eniş-yoxuşlu və təhlükəli sahələrdə yolun hərəkət hissəsinə duz-qum qarışığı səpilib, nəticədə sürüşmə riski minimuma endirilib. Hazırda ərazidə vəziyyət nəzarət altındadır və yol hərəkəti iştirakçılarına diqqətli olmaları, sürət həddinə riayət etmələri tövsiyə olunur.



















Sosial həyat