Azərbaycanlı həkimin ötən il 17 elmi-tədqiqat işi çap olunub

post-img

Tanınmış cərrrah – transplantoloq, uroloq, tibb elmləri doktoru Rəşad Şolanın elmi-tədqiqat işləri 2025-ci ildə dünyanın nüfüzlu jurnallarında və konqres materiallarında çap olunub. Məqalələrin əksəriyyəti “Web of Science”, “Pub Med”, “SCOPUS” bazalarında indekslənən nəşrlərdə çap edilib. Gənc alim Azərbaycan tibb elminin uğurlarını beynəlxalq aləmdə ləyaqətlə təmsil edir. Belə ki, tanınmış mütəxəssisin elmi tədqiqat işlərinin əsas istiqaməti orqan transplantasiyası və digər kliniki tədqiqatlarla bağlıdır. Alimin dediklərinə görə, onun elmi tədqiqat işlərinə edilən istinadlar hər gün daha da artır. Bu isə bir tədiqatçının ən böyük uğurudur. 

Qeyd edək ki, tibb elmləri doktoru Rəşad Şolan "Azərbaycan Respublikası Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyasının" idarə heyətinin sədridir, ölkəmizdə urologiya, transplantologiya və patoloji fiziologiya üzrə tanınmış cərrah və alimdir. 

Qabil YUSİFOĞLU
XQ











Sosial həyat