Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb

post-img

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda informasiya və rabitə (İKT) müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 3 milyard 464,3 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən XQ-yə bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz çoxdur. Bu sahədə əldə edilmiş gəlirin 83 faizi qeyri-dövlət sektorunun payına düşüb, 70,7 faizi isə əhali sektoruna aid olub.

Təkcə noyabrda isə informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 344 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,5 faiz çoxdur.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2023-cü illə müqayisədə 11,4 faiz artaraq 3 milyard 601,7 milyon manat olub.

İKT