Dövlət Məşğulluq Agentliyi “Communitas Awards” beynəlxalq müsabiqəsində iki mükafata layiq görülüb

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ABŞ-ın Marketinq və Kommunikasiya Peşəkarları Assosiasiyasının nüfuzlu “Communitas Awards” beynəlxalq müsabiqəsində növbəti uğura imza atıb.

Nazirlikdən XQ-ə bildirilib ki, müsabiqədə Agentliyin “Məzunların məşğulluq reytinqi” platforması və peşə hazırlığının təşkili üzrə fəaliyyəti “Məşğulluq xidmətində mükəmməllik” və “Bacarıqlara əsaslanan icma xidmətində liderlik” kateqoriyaları üzrə xüsusi mükafatlara layiq görülüb.

https://enter.amcpros.com/communitas/entry/excellence-in-employment-service/

https://enter.amcpros.com/communitas/entry/leadership-in-skills-based-community-service-2/

Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Argentina, Türkiyə, İndoneziya, Vyetnam və s. ölkələrin dövlət və özəl qurumları iştirak edib.

“Communitas Awards” mükafatı müstəsna ictimai xidmət və sosial məsuliyyət nümayiş etdirən fərdləri, təşkilatları, özəl və dövlət qurumlarını təltif edən beynəlxalq proqramdır.

Agentlik ötən il də “Communitas Awards” müsabiqəsində “İctimai xidmətdə liderlik və korporativ sosial məsuliyyət” kateqoriyası üzrə xüsusi mükafata layiq görülüb.

 

 

Sosial həyat