Johns Hopkins Universitetinin bir qrup alimi 50-dən çox xərçəng növünü aşkar etməyə imkan verən yeni texnologiya hazırlayıb. Bu metod qandakı ən kiçik DNT dəyişikliklərinin müəyyən edilməsinə əsaslanır.
Tədqiqat çərçivəsində ABŞ və Kanadanın onkoloji xəstəlik əlaməti olmayan 23 mindən çox sakininin sağlamlıq vəziyyəti barədə məlumatlar öyrənilib. Yeni diaqnostika metodu xəstələrin üçdə ikisində öz effektivliyini sübut edib. Belə ki, qanı xərçəng hüceyrələrinin mövcudluğu barədə siqnal verən pasiyentlərin 61,6%-də diaqnoz sonradan rəsmi şəkildə təsdiqlənib.
Alimlər bu layihənin hələ tədqiqat mərhələsində olduğunu vurğulayırlar. Hazırlanmış metod insan qanına xərçəng hüceyrələri tərəfindən ifraz olunan DNT-ni (ctDNA) aşkar edir. Bu texnologiya əsasında testlər istehsal edən "Grail" şirkətinin prezidenti hesab edir ki, sözügedən sınaqlar onkoloji xəstəlikləri digər diaqnostika üsullarından yeddi dəfə daha yaxşı müəyyən etmək qabiliyyətinə malikdir.
Lakin Oksford Universitetinin molekulyar diaqnostika üzrə professoru Anna Şu xəbərdarlıq edib ki, araşdırmanın hazırkı mərhələsində test demək olar ki, yarısında yanlış nəticələr verir.
Hazırladı:
S.ELAY
XQ

