Bölgələrdə şimşək çaxacaq, leysan yağacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Na­zirliyi Milli Hidrometeorologiya Xidmə­tinin məlumatına əsasən, iyunun 3-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcək. Səhər bəzi şəhərətrafı ərazilərdə zəif duman olacaq.

Mülayim cənub küləyi əsəcək. Gecə 17-22°, gündüz 26-31° isti ola­caq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət 65-75 faiz olacaq. Azərbaycanın ra­yonlarında əsasən gündüz bəzi yer­lərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli in­tensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güc­lənəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 29-34°, dağlarda gecə 8-13°, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq 

Q. QASIMOV, “Xalq qəzeti”

Ekologiya