Kələm zəhəri zərərsizləşdirir

post-img

 

Kələm qızardılmış ətin orqanizmə kanserogen təsirini azaldır. Ona görə kələmə büküb yemək məqsədəuyğun hesab edilir. Çünki kələmdə kanserogenlərin təsirini zəiflədən maddələr var. 

Həkim - qastroente­roloqların fikrincə, qızar­dılmış ət orqanizm üçün təhlükəli kanserogenlərin əmələ gəlməsinə səbəb olur. Məsələn, kabab və qrilin tərkibində heterosiklik aminlərin, polisiklik aroma­tik karbohidrogenlərin olma­sı aşkar edilmişdir. Orqanizmə böyük miqdarda nüfuz edən bu birləşmələr xərçəngin inkişafına səbəb olur. 

Kələmdən əlavə, kabab və ümumiyyətlə digər qızardılmış ətlər həmişə hər hansı bir göyərti ilə birlikdə qəbul edilməlidir. Çünki yaşıl tərəvəzlər və bitkilər xlorofil ifraz edir ki, bu maddə də ətə qırmızı rəng verən həmin təsiri azaldır. 

Qeyd etmək lazımdır ki, həzm zamanı toksin kimi fəaliyyət göstərən maddələr əmələ gəlir. Bunun da toxumalara təsiri səbəbindən bağırsaq xərçəngi baş verir. 

Süfrənizdən yaşıl tərəvəzləri, xüsusilə kələmi əskik etmə­yin. 

Z.HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat