Cüdoçularımız 3 medal qazanıblar

post-img

Tacikistanın paytaxtı Düşənbədə Qran-Pri turnirində komandamız uğurla çıxış edərək 3 medal qazanıb. 

Gümüş medalları yığmamızın akti­vinə Gültac Məmmədəliyeva (52 kq) və Turan Bayramov (60 kq) yazdırıblar. 

Azərbaycan yığmasının digər üzvü Yaşar Nəcəfov (66 kq) bürünc medala sahib olub. 

Sabah başa çatacaq yarışda 40 ölkədən 300-dən çox idmançı medallar uğrunda mübarizə aparır. Komandamız turnirdə 7 çəki dərəsində 12 idmançı ilə təmsil olunur. 

Leyla SABİRQIZI, “Xalq qəzeti”



İdman