Dənizkənarı Milli Parkda taekvondo festivalı

post-img

Dənizkənarı Milli Park ərazisində Dünya Taekvondo Federasiyasının nümayiş komandası tərəfindən demo şou təşkil olunub. 

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı çərçivəsində təşkil edilən şou başlamazdan əvvəl Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Ço və Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov komanda üzvləri ilə görüşüb. Çunqvon Ço şəhər sakinləri ilə də gö­rüşərək onlarla şəkillər çəkdirib. 

Tədbirdə komanda tərəfindən Azər­baycan milli rəqslərinin də nümayiş olunması izləyicilər tərəfindən maraqla qarşılanıb.

İdman