Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyunun 3-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcək. Səhər bəzi şəhərətrafı ərazilərdə zəif duman olacaq.
Mülayim cənub küləyi əsəcək. Gecə 17-22°, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət 65-75 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 29-34°, dağlarda gecə 8-13°, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq
Q. QASIMOV, “Xalq qəzeti”