Mobil telefon noutbukla yola getmir...

post-img

Hər birimizə yaxşı bəllidir ki, bəzən istifadəçilər hər iki cihazla işlədiyinə görə telefonu noutbukun üzərinə qoyurlar. Mütəxəssislər isə mobil cihazları noutbukun üzərinə qoymağı məsləhət görmürlər. 

Çünki noutbu­kun üzərinə qoyul­muş telefon ciddi problemlərə səbəb ola bilər. Çətinliklər həm mobil telefon­da, həm də fərdi kompüterdə yarana bilər. 

Bu zaman mobil cihazın şarjı sürətli şəkildə boşalmağa başlayacaq. Səbəb isə budur ki, noutbu­kun yanında olanda hər iki cihazın yükü artır. 

Bununla yanaşı, həm kompüterin, həm də telefonun iş­ləməsi zamanı gecikmələr baş verəcək. Hətta hər iki cihazın sıradan çıxma riski var. 

Beləliklə, mobil cihazlar noutbukun üzərinə qoyula bil­məz. Üstəlik, adları çəkilən cihazları mümkün qədər bir-bi­rindən uzaq tutmaq məsləhətdir. 

“Xalq qəzeti”

Dünya