Bir doza dərman – 2 milyon dollar?

post-img

“Zolqensma” dünyanın ən bahalı dərmanlarından biridir. İsveçrənin “Novartis” şirkəti tərəfindən istehsal olunan dərmanın bir dozasının qiyməti 2 milyon dollardır. Preparat onurğa əzələlərinin atrofiyasının müalicəsində innovativ terapiya üsulu kimi tətbiq edilir. 

Körpələrdə bu xəstəlik özünü iflic, əzələ zəifliyi və hərəkət qabi­liyyətinin davamlı olaraq itməsi kimi göstərir. Atrofiyanın 1-ci dərəcəsi ilə doğulmuş uşaqlarda orta ömür müddəti cəmi iki ildir. “Zolqensma” dərman vasitəsinin tətbiq edildiyi körpələr bir dozanın inyeksiyasın­dan sonra süni tənəffüz aparatı olmadan nəfəs ala, özləri otura və iməkləyə bilirlər. 

Tədqiqatçılar dərmanın körpələrin ömrünü uzatdığını təsdiqləyir­lər. “Zolgensma” dərmanı dünyanın ən bahalı dərmanı kimi Ginnesin Rekordlar Kitabına düşüb. Rusiyada dərmanın bir dozası hazırda təxminən 160 milyon rubla atılır. 

Pünhan ƏFƏNDİYEV, “Xalq qəzeti”

Sosial həyat