Venera gerçək cəhənnəmdir

post-img

Amerika kosmik agentliyi (NASA) 2028–2030-cu illərdə Venera planetinin atmosferini və geoloji xüsusiyyətlərini öyrənmək üçün iki yeni missiya göndərəcək. Layihələrin hər birinin dəyəri 500 milyon dollardır. Bununla bağlı NASA rəhbərliyi bildirib ki, hər iki missiya “32 ildən çox müddət ərzində olmadığımız planeti tədqiq etməyə imkan verəcək”. 

Qeyd edək ki, “Magellan” adlanan Amerika zondu so­nuncu dəfə 1990-cı ildə Veneraya çatıb. Aparat dörd il ərzin­də planetin ətrafında dövr edərək onun səthi haqqında mə­lumatlar toplamışdı. Bundan sonra, Avro­pa və Yaponiyadan olan kosmik aparatlar da Veneraya göndərilib. 

Venera, okeanları olmayan və əksər hissəsi karbon dioksiddən ibarət olan çox ağır bir atmosferlə əhatə olunmuş bir planetdir. Buludlar kükürd turşusundan ibarətdir. Səthdə təzyiq Yerdən 92 qat daha yüksəkdir. Burada temperatur 482 dərəcəyə çatır. Nahaq yerə onu “cəhənnəm” adlandırmırlar. 

Pünhan ŞÖVKƏTOĞLU, “Xalq qəzeti”

Dünya