“440 milyon dollarlıq” aktrisa

post-img

Bu günlərdə populyar “Forbes” jurnalı ən varlı aktrisaların adlarını açıqlayıb. Məlum olub ki, Hollivud ulduzu Riz Uizerspunu dünyanın ən varlı aktrisasıdır. 

“Associated Press” agentli­yinin məlumatına görə, hazırda aktrisanın varidatı 440 milyon dollar dəyərindədir. 2021-ci ildə o, öz şirkətinin aksiyalarını çox yüksək qiymətə satıb. Bu yaxın­larda aktrisa populyar “Sabah şousu” serialının 10 bölümündə çəkilmək üçün 20 milyon dollar tələb edib. Riz 12 illik həyat yol­daşı Cim Totdan bir neçə ay öncə ayrılıb. Onların 3 oğlu var. 

Yeri gəlmişkən, “Forbes” ötən il ən varlı aktyor kimi Dueyn Con­sonu 270 milyon dollarla birinci sıraya yerləşdirmişdi.

“Xalq qəzeti”

Dünya