“WhatsApp” Rusiyada cərimələnib

post-img

“WhatsApp” son zamanlar mesajların redaktəsi və istifadəçi adı kimi bir sıra yeni funksiyalarla insanların maraq dairəsindədir. Bu dəfə isə şirkət Rusiyada yeni cərimə ilə gündəmə gəlib. Xəbəri “tass.ru” saytı verib. 

Rusiyanın paytaxtı Moskvada məhkəmədə baxılan iddiada “WhatsApp” vasitəsi ilə qeyri-qanuni yolla an­tidepresan satıldığı müəyyən edilib. Rusiyanın müva­fiq qurumlarının tələbinə baxmayaraq şirkət qadağan olunmuş məzmunlu söhbət qrupunu silməyib. Buna görə, məhkəmə şirkətin qanunvericiliyə əməl etmə­diyinə qərar verib və “WhatsApp”ı 3 milyon rubl (təx­minən 37 min dollar) cərimələyib. 

Qeyd edək ki, “WhatsApp” Rusiyada ilk dəfə qada­ğan olunmuş məzmunu silmədiyi üçün cərimələnib. 

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Dünya